“Bəlkə, başqa London var, xəbərimiz yoxdur?” - Nigar Camal

14 Dekabr 2019 13:54

Müğənni Nigar Camal instaqramdakı paylaşımı ilə diqqət çəkib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi xəbər səhifələrindən birinin dərc etdiyi "London metrosu yeni ilə belə hazırlanıb" başlıqlı fotonu səhifəsində yayaraq maraqlı şərh yazıb.

Nigar "Mənə maraqlıdır, hansı Londonda? Mən yaşadığım Londona bənzəmir. Qışda nə şort? Ora Bakıdan soyuqdur. Bəlkə, başqa London var, xəbərimiz yoxdur?" yazaraq məlumatın yalan olduğunu bildirib.

Milli.Az