Bu ölkədə narkotikdən istifadə leqallaşdı

14 Dekabr 2019 17:19

İtaliya parlamenti tetrahidrokannabinol adlanan narkotik tərkibli bitkinin satışının leqallaşmasına qərar verib.

Milli.Az Axar.az-a istinadən bildirir ki, uzun müddətdir ki, parlamentdə müzakirələrə səbəb olan bu qanun layihəsi təsdiqlənib və bu narkotikdən 0.5 faiz miqdarında almağa icazə verilib.

Lakin bəzi siyasətçilər bu qərara etiraz ediblər.

Qeyd edək ki, İtaliyada 13 milyon, Avropada 70 milyon insanın narkotikdən istifadə etdiyi bildirilir.

Milli.Az