Müxbir qız canlı yayımda pərt oldu - Ombasına şillə vurub, qaçdılar - VİDEO - FOTO

14 Dekabr 2019 12:54

Gənc müxbir standap zamanı pis vəziyyətə düşüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Corciya ştatında yaşayan Alex Bozarjian adlı qadın müxbir idman yarışından reportaj hazırlayarkən 43 yaşlı kişinin əxlaqsız hərəkətinə görə canlı yayımda biabır olub.

Belə ki, idmançılar müxbirin yanından keçərkən kameraya əl ediblər. Bu əsnada, 43 yaşlı idmançı Aleksin yanından keçərkən onun ombasına şillə vurub.

Həmin anlar efirdə yayımlanıb. Pis vəziyyətdə qalan müxbir bir neçə saniyəlik duruxsa da, sonradan yayımı kəsmədən həmin adamın ünvanına sərt ifadələr işlədib. O, daha sonra həmin şəxslə bağlı polisə müraciət edib.

43 yaşlı şəxsin kimliyi müəyyənləşdirilib. Thomas Callaway ifadəsində etdiklərinə görə peşman olduğunu bildirib. Məhkəmə onun 1 il müddətinə həbs edilməsi ilə bağlı qərar çıxarıb.

İsmayıl
Milli.Az