2019-cu ilin başlanğıcından dünyanın 26 ölkəsində öldürülən KİV əməkdaşlarının siyahısı açıqlanıb.
Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Press Emblem Campaign" qeyri-hökumət təşkilatının illik məruzəsində qeyd edilib.
Bildirilir ki, 75 KİV əməkdaşı öldürülüb.
Bu il həlak olan jurnalistlərin sayı üzrə siyahıda birinci üç yerdə Meksika (bu ölkədə 13 KİV əməkdaşı həlak olub), Əfqanıstan (8 jurnalist) və Pakistan (8 nəfər) qərarlaşıb. Siyahıda sonrakı yerlərdə Suriyanın (6 media mənsubu), Hondurasın (5 nəfər) və Filippinin (4 nəfər) adları qeyd edilib. Jurnalistlərin həlak olduqları ölkələrin arasında həmçinin Ukraynanın, Böyük Britaniyanın, Hindistanın, Braziliyanın, Haitinin, İndoneziyanın və başqa ölkələrin adları var.
Milli.Az