Azərbaycanlılar Gürcüstanda həmyerlilərini öldürüb Rusiyaya qaçdılar

14 Dekabr 2019 13:34

Rusiyanın Sankt-Peterburq şəhərində öz həmyerlilərini öldürən azərbaycanlıların məhkəməsi olacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 40 və 44 yaşları olan iki azərbaycanlı öz həmyerlilərini güllələyərək öldürüblər.

Gürcüstan ərazisində bir restoranın qarşısında sifarişlə qətl törədən şəxslər Gürcüstanı tərk edərək Rusiyaya qayıdıblar.

Onlar həm qətlə, həm də qanunsuz odlu silah gəzdirdiklərinə görə məhkəmədə cavab verəcəklər.

Milli.Az