Üç futbolçuya 38 il həbs cəzası verildi

15 Dekabr 2019 01:30

Üç ispan futbolçu 38 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az kaspi.az-a istinadən bildirir ki, futbolçular 15 yaşlı qızı zorlamaqda ittiham olunurdular. İttihama görə, İspaniyanın 4-cü divizionunda çıxış edən Karlos Kuadrado, Viktor Rodriqes və Raul Kalvo 5 yaşlı qızı kirayədə qaldıqları mənzilə dəvət ediblər.

Onlar azyaşlını zorlayıblar. Amma futbolçular günahlarını etiraf etməyiblər. Bildiriblər ki, qızla cinsi əlaqədə olmayıblar. Üstəlik, vurğulayıblar ki, qızın azyaşlı olmasından da xəbərsiz olublar.

Amma məhkəmə onların dediklərini qəbul etməyib və futbolçular üst-üstə 38 il həbs cəzası kəsib.

Milli.Az