Tanınmış ekspertdən sürücülərə XƏBƏRDARLIQ

15 Dekabr 2019 05:30

"Payızın sonu olduğundan belə yağışda ağacların yarpaqları da islanaraq kütləvi şəkildə yerə tökülür. Yaş asfaltın üstündə çürüməyə hazır çoxlu yarpaqlar isə avtomobilinizin təkərlərinin asfaltla ilişməsini ciddi surətdə pisləşdirir. Ona görə də istər şəhər küçələrində, istərsə də kənar yollarda yarpaq tökülən yerlərdən keçərkən hərəkət sürətinə diqqət edin, sərt tormozlamaya və başqa sərt manevrlərə yol verməyin. Ciddi qəza şəraiti yarana bilər".

Milli.Az xəbər verir ki, bu sözləri tanınmış ekspert Ərşad Hüseynov deyib. O bildirib ki, ümumiyyətlə, asfalt üzərindəki istənilən biokütlə (yerə tökülmüş meyvələr, yarpaqlar, mal-qara peyini, çoxlu sayda qurbağa və ya həşaratlar və s.) sürüşmə effekti verməklə təhlükəli ola bilər: "Belə yerlərdən keçəndə sürücülər diqqətli olmalıdır". (publika.az)

Milli.Az