İngilis funt sterlinqi parlament seçkilərindən sonra 2,1 faiz bahalaşıb

15 Dekabr 2019 02:30

Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərindən sonra funt sterlinqin ABŞ dollarına nisbətdə məzənnəsi may ayından bəri ən yüksək səviyyəyə qalxıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, seçkilərin nəticələrinin açıqlanması ilə eyni vaxtda funt sterlinq 2,1 faiz bahalaşaraq 1,34 dollara çatıb. Funtun avroya qarşı məzənnəsində isə üç illik aradan sonra ən böyük artım qeydə alınıb.

Seçkilərdən sonra birjalarda səhmlərin bahalaşması da müşahidə olur.

Milli.Az