Gürcüstanın turzimdən gəlirləri 300 milyon dollar azalıb

15 Dekabr 2019 00:45

Rusiyadan Gürcüstana avia uçuşların dayandırılması səbəbindən ölkəmizin turizmdən gəlirləri 300 milyon dollar azalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Gürcüstan Milli Bankının prezidenti Koba Gvenetadze parlamentin iclasında çıxışı zamanı söyləyib.

Ölkədə yüksək inflyasiyanın səbəblərinə toxunan K. Gvenetadze deyib: "Cari ilin əvvəlində Milli Bankın pul-kredit siyasəti birdəfəlik inflyasiyaya az təsir edib. Lakin, sentyabr ayından etibarən inflyasiya sürətlənib. Bu da əsasən, larinin dəyərdən düşməsi və milli valyutanın köhnəlmiş nişanda uzun müddət qalması ilə əlaqədardır".

Onun sözlərinə görə, iyul ayında Rusiyanın Gürcüstana avia uçuşlarını dayandırması, eləcə də rəsmi və ya qeyri-rəsmi ticarət sanksiyalarının tətbiq etməsi də milli valyutanın dəyərdən düşməsinə zəmin yaradıb.

"Digər tərəfdən də, xarici valyuta qazancının faktiki azalmasından əvvəl bazarda xarici valyutaya təklifin azalması və tələbin artması milli valyutanın dəyərini itirməsinə səbəb oldu",-deyə K.Gvenetadze vurğulayıb.

Milli.Az