Tiflis peşmandır: Lari dəyərdən düşdü, 300 milyon itirildi

14 Dekabr 2019 09:11

Rusiya ilə uçuşların ləğvindən indiyə kimi Gürcüstan büdcəsi 300 milyon dollar itirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Gürcüstan Milli Bankının rəhbəri Koba Qvenetedze deyib.

O bildirib ki, Rusiya ilə münasibətlərin pisləşməsi larinin dəyərdən düşməsinə səbəb olub.

Xatırladaq ki, yay aylarında Tiflisdə antirusiya aksiyalarından dolayı Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşları dayandırılmışdı.

Milli.Az