Məşhur cütlüyün evi satışa çıxarıldı: 13 hamam otağı... - FOTO

14 Dekabr 2019 11:29

Hollivud ulduzları Cennifer Eniston ilə Bred Pitin evli ikən yaşadıqları malikanə satışa çıxarılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Beverli Hillzdə yerləşən evin ümumi sahəsi 10 min kvadrat metrdir. 44,5 milyon dollara satışa çıxarılan malikanədə 5 yataq, 13 hamam otağı, fitnes zalı, tennis kortu, böyük basseyn var.

Qeyd edək ki, malikanə 1934-cü ildə inşa edilib. Onun ilk sakini isə "Oskar"lı aktyor Fredrik Març olub. Ulduz cütlük 2000-ci ildə evləndikdən sonra bu evə köçüb və 3 il burada yaşayıblar.

Milli.Az