"AA" seriyalı maşının sürücüsü QADINI İSLATDI - Mitilini atacaqlar, çıxacaq işdən - VİDEO

13 Dekabr 2019 17:07

Tarix Əliyev (Tolik) aparıcısı olduğu "Hər şey daxil"də səhər telekanala gələrkən yağışlı havada şahidi olduğu xoşagəlməz mənzərədən danışıb.

Milli.Az xəbər verir ki, aparıcı yağışlı havada minik avtomobili ilə yolda şütüyən sürücülərin dayanacaqda avtobus gözləyən, səki ilə hərəkət edən insanları da düşünməklərini diqqətə çatdırıb.

Tolik videoya çəkdiyi həmin hadisə ilə bağlı efirdə sərt çıxışı ilə diqqət çəkib:

""AA" maşınları sürənlər var e... Bir-ikisini çəkdim bu gün. Efirdə göstərməyəcəm, amma instqaramıma qoyaram. Sonra sənin müdirin səni işdən çıxaracaq ki, Tolikin ağzına niyə salmısan məni. Bir dənə "AA" seriyalı maşın elə keçdi ki, yol kənarında qadın dayanmışdı. Qadının üstünü bütün yaş etdi. Sənin müdirin 5-10 dəqiqə geciksə onsuz da əvvəl-axır mitilini atacaqlar, çıxacaq işdən. Amma o demək deyil ki, özün gecikib, yatıb qalmısansa yol kənarında dayanan insanları yaş edə bilərsən. Belə şeylərdə bir az ehtiyyatlı olun. Çünki insanlar ictimai nəqliyyatdan istifadə edirlər, işə gedirlər, uşaqlarını məktəbə aparırlar. Bunu etmək olmaz. Ən əsas da birinci özünüzü düşünün ki, o insanlar sizə çox sağ ol deməyəcəklər".

Məhəmməd Vaqif
Milli.Az