"Oğlum qayınanasına "ana" desə ölə bilərəm" - FOTO

13 Dekabr 2019 15:34

"Oğlum mənə həmişə "Nərgiz" deyib, "ana" da deməyib. Uşaqlıqdan mən ona demişdim ki, mənə Nərgiz denən. İndi "mama" deyir mənə, sağolsun (gülür)"

Milli.Az xəbər verir ki, bu sözləri "Hər şey daxil"də Xatun deyib.

Tarix Əliyev (Tolik) müğənninin sözlərinə "Heç nə olmaz, arvad alar, qayınanasına "mama" deyər, narahat olma" fikirləri ilə münasibət bildirib.  

Xatun Tolikin fikrinə "Əsla, əsla! Ölə bilərəm" ifadəsi ilə reaksiya verib.

Qeyd edək ki, Xatunun əsl adı Nərgizdir. 

Məhəmməd Vaqif
Milli.Az