Okeanın dibində minlərlə qəribə obyekt tapdılar

2 Yanvar 2020 17:24

ABŞ-ın Kaliforniya ştatının Monterey-Bey Akvariumu Elmi-Tədqiqat İnstitutunun (MBARI) alimləri okeanın dibində bir neçə min qəribə dəlik aşkarlayıblar.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirilir ki, dəliklərin mənşəyi bəlli deyil. Dairəvi formada olan çuxurlardan ən irilərinin eni orta hesabla 175 m, dərinliyi 5 metrdir. 1.3 min kvadrat kilometr ərazidə 5.2 min dəlik aşkarlanıb.

​Mikrodepressiyaların - böyük olmayan çuxurların diametri isə 11 metrə çatır. Onların dərinliyi 1 m təşkil edir. Onların divarları dikdir.

Dünya okenanının müxtəlif sahələrində rast gəlinən bu cür dəliklər dəniz dibindən metan qazının və digər maddələrin çıxması ilə əlaqələndirilir. Bu, dəniz dibinin qeyri-sabitliyinə, nəticədə isə neft platformaları və külək turbinləri kimi qurğular üçün təhlükəyə gətirib çıxara bilər. Amma maraqlısı budur ki,  MBARI-nin mütəxəssisləri heç bir metan izi aşkarlamayıblar. Əldə olunan məlumatlara əsasən bildirilir ki, bu dəliklər 50 min ildən çoxdur ki, aktiv deyil.

​Bütün mikrodepressiyalarda daşlar, dəniz yosunları, sümüklər, zibil və tilov qırıqlarına rast gəlinir. Tədqiqatçılar hesab edirlər ki, bu dəliklər təzədir və dəniz cərəyanları səbəbindən yaranıb.

Milli.Az