Çimnazın ATV-nin efirindəki hərəkətləri tənqid olundu - VİDEO

13 Dekabr 2019 14:09

Aktrisa Çimnaz Sultanova ötən gün "ATV səhər" proqramında qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, veriliş zamanı fotosessiyalar barədə söhbət açılıb.

Bu zaman proqramın aparıcıları digər qonaq fotoqraf Niko Abbasovdan aktrisanın şəkillərini çəkməyi istəyib. Canlı yayım zamanı Ç.Sultanova pozlar verib. Daha sonra bu görüntülər sosial şəbəkədə paylaşılıb.

Ancaq video istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar sənətçini hərəkətlərinə görə tənqid ediblər.

Milli.Az