Asan hazırlanan peçenye - Usta öz sirlərini açır - VİDEO

14 Dekabr 2019 14:59

Milli.Az lent.az-a istinadən bu dəfə sizi asan peçenyenin necə hazırlanması ilə tanış edir.

Tərkibi:

Un 2 st, yumurta 1 ədəd, şəkər tozu yarım st, duru yağ yarım st, kərə yağı 1 xörək qaşığı, qabartma tozu 1 paket, vanilin 1 paket

Hazırlanma qaydası:

Qaba yumurta və şəkər tozunu əlavə edib ağarana qədər çalırıq. İçərisinə duru yağ əlavə edirik. Sonra kərə yağını əlavə edib qarışdırırıq. Daha sonra qabartma tozu və vanili əlavə edib çalırıq. Sonra unu hissə-hissə töküb xəmir yoğururuq. Hazırladığımız xəmiri, balaca kündələrə ayırıb sobanın listinə əlavə edirik. Üzərinə isə forma vermək üçün kəsiklər atıb yerləşdiririk sobaya. Peçenye bişdikdən sonra servis edirik.

Milli.Az