Asan hazırlanan piroq resepti - Usta öz sirlərini açır - VİDEO

15 Dekabr 2019 13:35

Milli.Az lent.az-a istinadən bu dəfə sizi asan hazırlanan piroq resepti ilə tanış edir. 

Tərkibi:

300 qram mannı, 200 qram şəkər tozu, 500 ml qatıq, 1 çay qaşığı soda, 2 çay qaşığı limon suyu, 1 limonun qabığı. Üzəri üçün 2 xörək qaşığı bəkməz.

Hazırlanma qaydası:

Qaba mannını və şəkər tozunu əlavə edib qarışdırırıq. Digər bir qaba isə qatıq, çay sodası və alma sirkəsi əlavə edib qarışdırır və 5 dəqiqə saxlayırıq. Sonra mannının içinə tökürük, üzərinə isə limon suyu və limon qabığını əlavə edib çalırıq. Daha sonra xəmiri bişirəcəyimiz qabın içərisinə əlavə edib, üzərinə bəkməz çəkirik və sobaya yerləşdirib 180 dərəcədə 30-40 dəqiqə bişiririk.

Nuş olsun!

Milli.Az