Avropa Birliyinin prezidenti şair imiş - FOTO

15 Aprel 2010 23:12
63 yaşlı Rompuy klassik yapon şeir növü olan hayku yazır. Bu kiçik - 17 hecalı, 3 sətirlik şeirlərdir.

"Azadlıq" Radiosunun verdiyi xəbərə görə, o özünün saçının tökülməsindən tutmuş Avropa Birliyilə bağlı mühüm hadisələrə qədər ən müxtəlif mövzularda ovqat şeirləri yazır.  

O, kitabının Brüsseldə keçirilən təqdimatına bütün jurnalistləri dəvət edib.

Rompuy şeirlərini doğma - Niderland dilində yazır, amma kitabda şeirlərin ingilis, fransız və latın dilinə tərcümələri də verilib.

Kitabın ilk buraxılışı 2500 nüsxədir.

Milli.Az