Ayrılmaq istəyən arvadına HƏYATININ ŞOKUNU YAŞATDI - Kameraya çəkdi - VİDEO - FOTO

12 Dekabr 2019 17:34

Türkiyənin Samsun şəhərində bir kişi həyat yoldaşı M.K-nın satmağına razı olmadığı avtomobilini qaçıraraq benzin töküb, yandırıb.

Milli.Az Sözcü-yə istinadən xəbər verir ki, qəzəbli H.K yanan maşının videosunu çəkərək WhatsApp-la həyat yoldaşına göndərib. Yanğınsöndürənlər maşını söndürüblər.

Avtomobilinin yandığı yerə gələn Hatun K. isə baş verənlərə ağlayaraq reaksiya verib. Ərinin 3 aydır onu döydüyünü iddia edən Hatun K "Maşınımı satmağımı istədi. Məni ölümlə təhdid etdi. Tutulub cəzalandırılmasını istəyirəm" deyib.

Qeyd edək ki, qadın həyat yoldaşından ayrılmaq üçün məhkəməyə müraciət edibmiş.

Hadisə yerindən qaçan şübhəli polis əməkdaşları tərəfindən yaxalanıb. 

Məhəmməd Vaqif
Milli.Az