SON DƏQİQƏ - Millimizin sabiq futbolçusu həbs edildi

12 Dekabr 2019 15:51

2007/2009-cu illərdə Azərbaycan millisinin formasını geyinmiş Cəmşid Məhərrəmov həbs edilib. 

Milli.Az xəbər verir ki, sportinfo.az-a daxil olan məlumata görə, karyerasını həvəskar futbolda davam etdirən 36 yaşlı yarımmüdafiəçi bir neçə dəqiqə əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Yığmamızın heyətində 6 oyun keçirmiş Məhərrəmovun həbsinin detalları barədə ətraflı məlumat verəcəyik.

Xatırladaq ki, AFFA veteran futbolçunu 2017-ci ilin əvvəlində - formasını geyindiyi "Rəvan"la birlikdə danışlmış oyunlarda iştirak etməsi iddiası ilə peşəkar futboldan kənarlaşdırmışdı.

Milli.Az