Qızıl mədənində torpaq sürüşməsi: 35 nəfər itkin düşdü

12 Dekabr 2019 17:09

Əfqanıstanda qızıl mədənində baş verən torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub, 35 nəfər itkin düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Bədəxşan əyalətində baş verib.

Məlumata görə, sürüşmə zamanı mədəndə dörd nəfər olub.

"Yerli sakinlər hazırda beş nəfərin cəsədini tapıb, digər 34 nəfərin taleyi məlum deyil", - əyalət qubernatorunun nümayəndəsi Nek Məhəmməd Nəzəri deyib.

Onun sözlərinə görə, sürüşmə baş verən ərazi "Taliban" nəzarətində yerləşir və buna görə də yerli hakimiyyət xilasetmə işləri apara bilmir.

Milli.Az