“Neftçilər”də özünü qatarın altına atan şəxsin kimliyi bilindi - VİDEO - FOTO

12 Dekabr 2019 14:59

14:59

Dekabrın 11-də saat 18 radələrində metronun "Neftçilər" metrostansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb.

Daxili İşlər Nazirliyindən (DİN) Milli.Az-a verilən məlumata görə, bu zaman orada olan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb.

Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.

---------

09:29

Dünən axşam saatlarında Bakı metrosunda qorxulu anlar yaşanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, naməlum şəxs metronun "Neftçilər" stansiyasında qatar yoluna atılıb.

Stansiya yolunda hərəkət edən şəxs yalnız polisin müdaxiləsindən sonra platforamya çıxarılıb.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hadisə 18:26 radələrində qeydə alınıb. Stansiya işçiləri müvafiq təlimat qaydalarına uyğun addım atıb, təmas relsindən gərginlik çıxarılıb. Bundan sonra polis vətəndaşı qatar yolundan çıxarıb".

Milli.Az