Nicat Gürcüstanda 2 vacib qol vurdu - Komandası yüksək liqaya çıxdı

11 Dekabr 2019 18:29

Azərbaycanlı futbolçu Nicat Qurbanov Gürcüstanda növbəti qollarını vurub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 1-ci liqada yarışan "Samtredia"nın şərəfini qoruyan 27 yaşlı yarımmüdafiəçi "Sioni"yə qarşı keçirilən təkrar pley-off matçında dubl edib. 4:1 hesabı ilə yekunlaşan görüşdə Nicat 38 və 71-ci dəqiqələrdə fərqlənib. Bu, onun Gürcüstan birinci liqasında ümumən 8-ci qolu olub.

Bu qələbə sayəsində (ilk matç 0:0) "Samtredia" yüksək liqaya vəsiqə qazanıb.

Milli.Az