"Çempionlar Liqasını qazana biləcəyimizi düşünürük” – Valverde

11 Dekabr 2019 19:19

"Barselona"nın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasında "İnter"i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Valverde, 2:1 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

"Belə nəticədən məmnunuq. Çünki rəqibimiz zəif deyildi. Komandam qələbə üçün oynadı və rəqabət edə bildiklərini göstərdilər.

Ansu Fati doğuşdan bombardirdir. Çempionlar Liqasının yeni rekordçusu olduğu üçün şadıq. İndi Çempionlar Liqasını qazana biləcəyimizi düşünürük. Hər oyunda qələbə istəyirik".

Milli.Az