ATƏT Bakiyevin ölkəni tərk etməsilə bağlı bəyanat verdi
15 Aprel 2010 21:50
Bəyanatda deyilir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, ABŞ Prezidenti Barak Obama və Rusiya Prezidenti Dmitri Medvedev, eləcə də, ATƏT, BMT və Avropa İttifaqının birgə səyləri nəticəsində Qıırğızıstanın müvəqqəti hökumətilə razılıq əldə olunub və Prezident Bakiyev Qırğızıstanı tərk edib.
Cənab Saudbayevin fikrincə bu, ölkədə vəziyyətin sabitləşdirilməsi istiqamətində mühüm addımdır.
O, "qırğız xalqının maraqları naminə" ölkədəki bütün siyasi qüvvələri sabitliyi və ictimai asayişi, qanunun aliliyini təmin etməyə çağırıb.
ATƏT Qırğızıstana siyasi böhranı aşması üçün bundan sonra da yardəm etməyə hazırdır, deyə ATƏT sədri vurğulayıb.
/BBC/