Bakıda 20 min manat oğurlamaqda şübhəli bilinən şəxs həbs edildi

11 Dekabr 2019 17:59

20 min manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Qaradağ RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da rayon ərazisindəki evlərin birindən 20.000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Heydərov həbs edilib.

Araşdırmalar nəticəsində əvvəllər məhkum olunmuş daha bir nəfərin də şəxsiyyəti müəyyən edilib.

Milli.Az