Nailə İslamzadə millət vəkili olmaq istəyir? - FOTO

11 Dekabr 2019 15:19

"Hələ ki, bu haqda düşünməmişəm. Bəlkə də gələcəkdə millət vəkilliyinə namizədliyimi verəcəm".

Milli.Az bildirir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında tanınmış diktor Nailə İslamzadə deyib.

"Necə bir millət vəkili olarsınız?" sualına Nailə İslamzadə deyib ki, hər kəsin keçmişi onun gələcəyidir: "Bu yaşa qədər əlimizdən gələni etməyə çalışmışıq. Fəaliyyəti insanı xarakterizə edir. Tamaşaçılar və ətrafdakı insanlar hər kəsi gözəl tanıyırlar".

Baxımlı olmasından danışan diktor bildirib ki, hər bir qadın baxımlı olmağa çalışmalıdır: "Həmişə demişəm ki, kosmetologiyanın bütünü imkanlarından hər zaman istifadə etmək lazım deyil".

Qeyd edək ki, Nailə İslamzadə hazırda İTV kanalında "Ötən günlər" adlı verilişinin aparıcısıdır.

Milli.Az