İlham Əliyev Hindistan Prezidentinə başsağlığı verib

15 Aprel 2010 21:41
Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Prezidenti xanım Pratibha Patilə ölkəsində baş vermiş güclü qasırğa nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib.

"Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram", - başsağlığı məktubunda deyilir.

/AzərTAc/