Sürücünün sükan arxasında ürəyi tutdu, qəza baş verdi - Lökbatanda

11 Dekabr 2019 10:44

Bakıda sürücünün sükan arxasında ürəktutması qəzaya səbəb olub.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda, Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, 1957-ci il təvəllüdlü Qəhrəman Babayevin ürəktutması nəticəsində idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılıb. Sürücünün sükan arxasında ürəktutmadan öldüyü məlum olub. Hadisə zamanı avtomobildə ondan başqa 2 sərnişin də olub. Onlar xəsarət almayıb.

Milli.Az