"Ayaks" 10 xalla qrupda qaldı - VİDEO - FOTO

11 Dekabr 2019 11:14

Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI turun oyunlarına start verilib.

Sportal.az xəbər verir ki, H qrupunda qərarlaşan "Valensiya" Amsterdamda "Ayaks"a 1:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. Ötən mövsüm yarımfinala qədər irəliləyən "Ayaks" isə qrupda qalıb.

"Ayaks" (Hollandiya) - "Valensiya" (İspaniya) - 0:1

Qol: Rodriqo, 24

Qırmızı vərəqə: Qabriel Paulista, 90

Milli.Az