Məşhur müğənni vəfat etdi

11 Dekabr 2019 09:24

Dünyaca məşhur "Roxette" qrupunun müğənnisi Qun-Mari Fredriksson vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 62 yaşlı sənətçiyə 18 il öncə beyin xərçəngi diaqnozu qoyulsa da, o bu xəstəliyə qalib gələ bilmişdi.

Onun hansı xəstəlikdən vəfat etdiyi isə məlum deyil.

Milli.Az