NATO-nun avtomobil karvanı yaxınlığında partlayış: insident nəticəsində...

11 Dekabr 2019 09:30

Əfqanıstanın Pərvan əyalətində partlayış baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, partlayış Bəhram rayonunda NATO-nun avtomobil karvanı yaxınlığında olub.

Bildirilir ki, partlayıcı maddələrlə doldurulmuş avtomobil partladılıb.

Məlumata əsasən, insident nəticəsində ölənlər və yaralananlar ola bilər. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Milli.Az