Kömür mədənində qaz sızması 4 nəfərin ölümünə səbəb olub - Qırğızıstanda

11 Dekabr 2019 08:33

Qırğızıstanın cənubunda kömür mədənində qaz sızması baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 mədənçi zəhərlənərək həlak olub.

Bildirilir ki, həlak olanların meyitləri artıq mədəndən çıxarılıb və yaxınlarına təhvil verilib.

Milli.Az