Yaponiya sahillərində 5,7 bal gücündə zəlzələ olub

10 Dekabr 2019 23:38

Yaponiyanın İdzu adası sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri Tokiodan 580 kilometr cənubda, ocağı isə 54 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Milli.Az