Sabiq müdafiə naziri güllələndi

10 Dekabr 2019 22:04

Yaponiyanın keçmiş müdafiə nazirinə hücum edilib.

Milli.Az modern.az-a istinadən bildirir ki, 81 yaşlı Tokuitiro Tamadzava İvate prefekturasının Morioka şəhərində hücuma məruz qalıb.

Keçmiş nazir güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həyatı üçün təhlükə yoxdur.

T.Tamadzava 2009-cu ildə təqaüdə çıxıb.

Milli.Az