“Mbappe komanda yoldaşlarına hörmət etməlidir” – Tuheldən etiraz

10 Dekabr 2019 21:58

PSJ-nin baş məşqçisi Tomas Tuhel hücumçuları Kilian Mbappenin son oyunlarda əvəzlənməsinə etiraz etməsinə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, fransalı jurnalistlərə açıqlamasında alman mütəxəssis deyib:

"Onun məşqçisi olmaq çətin deyil. Mbappenin unikal mentaliteti var. Həmişə qalib gəlmək istəyi normaldır. Amma o, əvəzetmələri qəbul etməli və komanda yoldaşlarına hörmət etməlidir" - deyə Tuhell bildirib.

Milli.Az