Göyçayda 62 yaşlı qadını maşın vurub öldürdü

10 Dekabr 2019 19:49

Göyçayda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, rayonun Ulaşlı-Şıxlı kənd sakini Baxışov Dinar Musa oğlu idarə etdiyi "Mercedes" markalı 99 CE 561 dövlət nöpmrə nişanlı avtomobillə hərəkətdə olarkən rayon sakini, 1957-ci il təvəllüdlü İmanova Səadət Məmməd qızını vurub.

Nəticədə S.Məmmədova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az