Nobel Sülh Mükafatı təqdim edilib

10 Dekabr 2019 17:51

Bu gün Nobel Sülh Mükafatının təqdimat mərasimi keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, mərasim Norveçin paytaxtı Oslo şəhərində baş tutub.

2019-cu il Nobel Sülh Mükafatı Efiopiya Baş Naziri Abiy Əhməd Əliyə təqdim edilib.

Baş Nazir Efiopiya və Eritreya arasındakı müharibəni başa çatdırmaq üçün göstərdiyi səylərə görə bu mükafata layiq görülüb.

Milli.Az