“Bir-iki nəfər "like" edir deyə, elə bilirlər böyük adamdırlar"

10 Dekabr 2019 18:39

"Boş-boş danışırlar, lazımsız mövzulara toxunurlar. Lazım olan məqamda sözümü deyirəm. Qaynayıb-qarışmıram ona görə ki, lüzum görmürəm. O yerdə ki, sənətdən, insanlıqdan, mənəviyyatdan söhbət getmirsə, orada yoxam".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rəşad İlyasov "X maqazin" verilişində həmkarları haqda deyib.

O, mülklərini nümayiş etdirən sənətçiləri qınayıb:

"Dostları və bir-iki nəfər aşnası onları "like" deyə, elə bilirlər böyük adamdırlar. Əslində, elə deyil. İnsan özünə kənardan baxmalıdır. Var-dövlətlərini göstərirlər. Belə söhbətlər mən səssizəm".

Milli.Az