"Onda hələ atam anamı almamışdı, mənim findamentim qurulmamışdı" - FOTO

10 Dekabr 2019 13:35

Əməkdar artist Baloğlan Əşrəfov "Hər şey daxil"də gənc vaxtlarında qarmon və tar üzrə təhsil aldığını açıqlayıb.

Milli.Az xəbər verir ki, aparıcı Tarix Əliyev (Tolik) sənətçidən toylara qarmon ifaçısı kimi gedib-getmədiyini soruşub. Əməkdar artist vaxtı ilə toylara qarmon ifaçısı kimi getdiyini etiraf edib:

"O kadrlarımı əks etdirən video yoxdur amma. Söhbət 1969-1970-ci illərdən gedir".

Tolik Baloğlan Əşrəfovun sözlərinə "Mənim onda findamentim qurulmamışdı. Atam anamı hələ almamışdı" ifadəsi ilə reaksiya verib. Aparıcının sözləri gülüşlə qarşılanıb.

Məhəmməd Vaqif
Milli.Az