Çexiyada xəstəxanada atışma - 6 ölü

10 Dekabr 2019 14:24

Çexiyanın şimal-şərqindəki Ostrava şəhərində xəstəxanaların birində naməlum şəxs atəş açıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, atəş nəticəsində 6 nəfər həlak olub.

Daha iki nəfər isə ağır yaralanıb. Atəş açan şəxs hadisə yerindən uzaqlaşıb.

Hazırda polis həmin şəxsin axtarışlarını aparır. Digər təfərrüatlar məlum deyil.

Milli.Az