Məşhur aktrisanın serialdakı geyimi tənqid olundu - FOTO

10 Dekabr 2019 16:14

Türkiyənin ''Atv'' kanalında yayımlanan ''Hərcai'' serialında Reyyan rolunu canlandıran Ebru Şahinin geyimini izləyiciləri tənqid edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, serialın izləyiciləri Ebru Şahinin yaşına və bədən quruluşuna uyğun geyinmədiyini bildiriblər. ''Twitter''də aktrisanın heyranları ''paltarların modeli də, rəngləri də bərbaddır. Ebru çox gözəl qızdır və serialda geyindiyi paltarlarla gözəlliyi arxa planda qalır. Yəqin ki, onu qısqandıqları üçün görkəmsiz geyimlər geyindirirlər'' sözlərini yazıblar.

Milli.Az