Bakıdan Sumqayıt və Pirşağıya yeni qatarlar işləyəcək - FOTO

10 Dekabr 2019 13:44

""Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin istəklərini nəzərə alaraq İsveçrənin "Stadler Real Group" şirkətindən daha iki ədəd ikimərtəbəli elektrik qatar alıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu qatarların təqdimetmə mərasimində QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova deyib.

Qatarın biri Bakı-Sumqayıt istiqamətində, digəri isə Bakı-Pirşağı istiqamətində hərəkət edəcək.

Yeni qatarlar 371 oturacaqla təmin olunub. Onlardan 9-u birinci sinif, 62-si biznes, 300-ü isə standart yerlərdir.

Qeyd edilir ki, alınan qatarlar sayəsində İsveçrənin "Stadler Real Group" şirkətindən alınan bu tipli qatarların sayı 9-a çatıb.

Milli.Az