Bakıda dəhşətli yanğında avtomobillərə də ziyan dəydi - FOTO

10 Dekabr 2019 11:44

Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome" tikinti materialları bazarında baş verən yanğın nəticəsində ərazidə olan avtomobillərə ziyan dəyib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğın baş verən mağazalardan sıçrayan alov avtomobillərin üzərinə düşüb. Nəticədə, bir neçə avtomobil yanıb. 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

Milli.Az