"Müğənnilərdən ancaq məni izlə, o biriləri sil" - Vasif Məhərrəmli Xatirə İslama qadağa qoydu

10 Dekabr 2019 20:14

Əməkdar artist Vasif Məhərrəmli duet ortağı, müğənni Xatirə İslama qadağa qoyub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin vasifi İnstaqramda izləməməsi onun xətrinə dəyib. Bu haqda "Ən yaxşısı" verilişində danışan Xatirə bildirib ki, Məhərrəmli ona həmkarlarını izləməyi qadağan edib:

"Vasif İnstaqramı yeni açmışdı, onu izləmirdim. Məndən küsmüşdü. Sonra qayıtdı ki, İnstaqramda müğənnilərdən ancaq məni izlə, o biriləri sil".

Milli.Az