Ticarət Mərkəzindəki yanğınla bağlı əraziyə təyyarə də cəlb olundu - YENİLƏNİB - VİDEO - FOTO

10 Dekabr 2019 11:35

11:35

Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome" tikinti materialları bazarında baş verən yanğının söndürülməsi işləri davam etdirilir.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, yanğının söndürülməsi məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd "BE-200ÇS" tipli təyyarəsi cəlb olunub.

---------

10:54

Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome" tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əlavə qüvvələri və 3 helikopteri cəlb edilib.

Bu barədə FHN məlumat yayıb.

Milli.Az Primetime.az-a istinadən videogörüntünü təqdim edir.

Milli.Az