Qeyri-sabit hava 6 nəfərin canını aldı - Tailandda

10 Dekabr 2019 10:59

Tailandda havanın qəfil soyuqlaması nəticəsində son bir neçə gündə ən az altı nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti bildirib.

Məlumata əsasən, krallığın şərqində və mərkəzində temperaturun 13-18 dərəcəyə qədər aşağı düşməsi ölümə səbəb olub.

Bildirilib ki, Tailandın mərkəzi və şərq hissələrində bu cür hallar çox nadirdir, çünki orada hava ümumiyyətlə krallığın qalan hissələrinə nisbətən isti olur.

Milli.Az