Bakıda ticarət mərkəzində DƏHŞƏTLİ YANĞIN - YENİLƏNİB - VİDEO - FOTO

10 Dekabr 2019 12:27

12:27

Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome" tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome" tikinti materialları bazarında güclü yanğın olub. Yanğının söndürülməsinə FHN-in briqadaları, eləcə də 3 ədəd helikopter və bir ədəd təyyarəsi cəlb edilib.

---------

09:21

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda "EuroHome" tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

----------

08:54

Bakıda ticarət mərkəzi yanır.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində "Eurohome" tikinti materiallarının topdansatış bazarında baş verib. Bazardakı tikinti materialları mağazalarından birində başlanan güclü yanğın başqa mağazalara da keçib.

Hazırda yanğının qarşısının alınmasını istiqamətində tədbirlər görülür.

Milli.Az