Ziya Bünyadov prospektində iki maşın toqquşdu - Ölən var

9 Dekabr 2019 20:39

Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dekabrın 8-də saat 7 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Ağdaş rayon sakini Şirin Baxşəliyev idarə etdiyi "Fiat" markalı avtomobili yolun kənarında dayanmış, Bakı şəhər sakini E.Kərimova məxsus "Mercedes" markalı avtomobilə vurub və hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az