“Qarabağ” - “Düdelanj” matçına nə qədər bilet satılıb?

9 Dekabr 2019 22:52

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin sonunvu - VI turunda Lüksemburqun "Düdelanj" klubunu qəbul edəcək.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, dekabrın 12-də keçiriləcək matça maraq azdı. Oyuna 3 gün qalmış cəmi 5 min bilet satılıb.

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:55-də start götürəcək.

Milli.Az